Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradılıb - SİYAHI

Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradılıb - SİYAHI Bakı. 2 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 
Daxili siyasət
159
2 Mart , 2018 15:13
Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradılıb - SİYAHI

Bakı. 2 mart. REPORT.AZ/ Prezident İlham Əliyev "Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Komissiyanın sədri

Abid Şərifov ─ Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının Baş prokuroru

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı.

Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək; hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etmək; yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etmək; Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək; Mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etmək; görülmüş işlər haqqında mütəmadi məlumat vermək tapşırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğuna Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi