Siyavuş Novruzov: "YAP-ın parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı hazır olsa belə, açıqlanmayacaq"

Siyavuş Novruzov: "YAP-ın parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı hazır olsa belə, açıqlanmayacaq" Yeni Azərbaycan Partiyasının seçki taktikası var
Daxili siyasət
109
3 İyul , 2015 14:02
Siyavuş Novruzov: YAP-ın parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı hazır olsa belə, açıqlanmayacaq

Bakı. 3 iyul. REPORT.AZ/ "Yeni Azərbaycan Partiyasının parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı hazır olsa belə, açıqlamayacağıq. Çünki bunun elan olunma zamanı var. Bu, seçki prosesinə müəyyən zaman qalmış açıqlanacaq".

Bunu "Report"a hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, YAP bu il keçiriləcək parlament seçkilərində bütün dairələr üzrə namizəd irəli sürəcək.

S.Novruzov bildirib ki, hazırda rayon və şəhər seçki qərargahlarının yaradılması və texniki təchizat prosesləri gedir: "YAP-ın seçki taktikası var, buna uyğun olaraq, seçkiyə hazırlaşırıq. Növbəti işimiz treninqlərin keçirilməsini və sənədləşmə prosesini həll etmək olacaq".

Qeyd edək ki, bu ilin noyabrın 1-də Azərbaycanda parlament seçkilərinin keçirilməsi planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi