İtaliya parlamentindən olan müşahidəçi Naike Qruppioni Azərbaycan xalqının prezident seçkilərində səsvermədə iştirakından təsirləndiyini qeyd edib.
“Report” xəbər verir ki, bu barədə italiyalı deputat Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Parlamentari qeyd edib ki, İtaliyaya qayıdandan sonra Azərbaycanda əldə etdiyi təcrübəni tətbiq etmək niyyətindədir.
“Seçki prosesinin yüksək təşkilinə görə minnətdarlığımı bildirmək istəyirəm. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan xalqının səsvermədə necə coşqu, ruh yüksəkliyi ilə iştirak etməsi məni heyran etdi. Vətəndaşların səhərdən günün ikinci yarısına qədər davam edən fəallığı məni heyran qoydu. İstərdim ki, dünyanın digər ölkələrində də seçicilər Azərbaycanda olduğu kimi seçkilərə belə maraq göstərsinlər”, - o qeyd edib.