Yuxarı

​Müsavatın rayon təşkilatı parlament seçkilərində Vurğun Əyyubun namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edib

Partiyanın Suraxanı rayon təşkilatının növbəti Şura toplantısı keçirilib

Bakı. 29 mart. REPORT.AZ/ Müsavat Partiyası Suraxanı rayon təşkilatının növbəti Şura toplantısı keçirilib.

Bu barədə "Report"a təşkilat sədri Rövşən Dəmirli məlumat verib. O bildirib ki, iclasda ilin sonunda keçiriləcək parlament seçkilərində 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən partiya üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin I müavini Vurğun Əyyubun namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Müsavat Partiyası parlament seçkilərində iştirak niyyəti olan üzvlərinin siyahısını Məclisin növbəti toplantısında səsvermə ilə təsdiq edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi