Yuxarı

​Müsavat Partiyasının Məclis üzvü: "Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılmasını itki hesab edirəm"

Bu, partiyanın ziyanınadır

Bakı. 3 aprel. REPORT.AZ/ "Vurğun Əyyubun Müsavat Məclisindən çıxarılması itki hesab olunacaq. Bu, partiyanın ziyanınadır. Qərarın Vurğun bəyə elə də təsiri olmayacaq. Hər halda bu barədə düşünmək lazımdır".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Rafiq Bəy İsmayıl deyib.

Müsavatdaxili məsələlərə qarışmadığını deyən R.İsmayılın sözlərinə görə, daxildə baş verən qarşıdurma partiya üçün yaxşı heç nə vəd etmir: "Partiyadakı mövcud vəziyyətlə əlaqədar müsbət düşünmək mümkün deyil. İndiki zamanda təklif verməyin də mənası yoxdur, bilmirəm bu məsələləri necə yoluna qoymaq olar".

R.İsmayıl səhhətilə əlaqədar partiya Məclisinin növbəti toplantısına qatılmayacağını qeyd edib.

Qeyd edək ki, Müsavat Partiyasının Məclisinin növbəti toplantısı aprelin 4-də keçiriləcək. İclasda Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılma məsələsi müzakirə ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi