Yuxarı

Müsavat başqanlığına sabiq namizəd: "Arif Hacılı radikal addımlar atır"

​Tural Abbaslı: Seçicilərin yarısını görməzlikdən gəlmək olmaz

Bakı. 1 noyabr. REPORT.AZ/ "Fraksiya bölücülük, hansısa işə əngəl törətmək üçün qurulmur. Müsavat Partiyasının Nizamnaməsində də fraksiya yaradılması ilə bağlı heç bir qadağa yoxdur".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı deyib. O bildirib ki, fraksiya partiyadaxili demokratik mühitin yaradılmasına yardımçı olacaq: "Çalışırıq ki, təkhakimiyyətlilik olmasın, alternativ fikir olsun".

T.Abbaslı Arif Hacılının başqan seçildikdən sonra radikal addımlar atdığını qeyd edib: "Qurultaydan bir ay vaxt keçməsinə baxmayaraq, barışdırıcı addım atılmadı. Yeni başqanın partiyadaxili siyasətini bəyənmirəm, yeni dönəmdə partiyada radikal addım atıldı, fərqli düşünən insanları özlərinə rəqib kimi gördülər. Qubad İbadoğlu ilə mən birlikdə 220 səs toplamışıq, seçicilərin yarısını görməzlikdən gəlmək olmaz".

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı isə 20 səslə üçüncü olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi