Yuxarı
    Bağlamaq

    ​Müsavat başqanı müavininin Baş Prokurorluğa çağırılmasının səbəbi məlum olub

    Tofiq Yaqublu: Prokurorluqda həbsdən çıxdıqdan sonra mətbuata verdiyim müsahibələrə görə xəbərdarlıq edildi

    Bakı. 15 aprel. REPORT.AZ/ Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Baş Prokurorluqda olub.

    Bu barədə "Report"a T.Yaqublu özü məlumat verib. O, baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşdüyünü bildirib.

    "Prokurorluqda həbsdən çıxdıqdan sonra mətbuata verdiyim müsahibələrə görə xəbərdarlıq edildi. Mən də müsahibələrimdə dediyim fikirləri bir daha əsaslandırdım", - deyə T.Yaqublu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi