Yuxarı

Müəllif Hüquqları Agentliyində kadr dəyişikliyi olub

Kollegiya üzvlərinin sayı 5-dən 6-ya çatdırılıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Müəllif Hüquqları Agentliyində kadr dəyişikliyi olub.

"Report"un xəbərinə görə, Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayət Həsənli vəzifəsindən azad edilib. Onun yerinə Nadirə Bədəlbəyli təyin edilib.

Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib. Dəyişikliklə kollegiya üzvlərinin sayı 5-dən 6-ya çatdırılıb. Qərarla Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Rövşən Nəsirov kollegiyanın üzvü təyin olunub. Bundan başqa, Müəllif Hüquqları Agentliyinin əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayət Həsənli kollegiya üzvlüyündən çıxarılıb. Onun yerinə Nadirə Bədəlbəyli təyin edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi