Müsavat başqanının müavininin vəsatəti təmin edilməyib
Daxili siyasət
- 30 iyun, 2015
- 11:11
Bakı. 30 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin şikayətinə ilkin baxış keçirilib.
Vəkil Nemət Kərimli "Report"a deyib ki, prosesdə bir neçə vəsatət qaldırıblar: "Fərəc Kərimli barədə seçilən həbs qərarının dəyişdirilməsi, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı ilə baxılması, şahidlərin yenidən dindirilməsi haqda vəsatətlər verdik. Amma hakim vəsatətləri təmin etmədi".
Proses iyulun 14-də davam etdiriləcək.
Qeyd edək ki, F.Kərimli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə təqsirləndirilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Son xəbərlər
04:44
Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna doğru gedirik
Digər ölkələr04:28
Kolumbiyada təyyarə qəzasında beş nəfər həlak olub
Digər ölkələr04:04
Sivasda itkin düşən 11 aylıq körpənin valideynləri həbs edilib
Region03:44
Kanada rəsmi olaraq Şimali Avropa hərbi alyansına üzvlük üçün müraciət edib
Digər ölkələr03:18
CENTCOM: May ayından bəri Hörmüz vasitəsilə 900 milyon barel neft daşınıb
Digər ölkələr02:50
"Mançester Yunayted" İngiltərə Liqa Kubokunda mübarizəni dayandırıb
Futbol02:20
İstanbulda LGBTİ+ dərnəklərinə qarşı əməliyyat keçirilib, 20 şübhəli həbs edilib
Region02:05
Foto
Lənkəranda qəza zamanı ölənlərdən birinin kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə01:40