Yuxarı
    Bağlamaq

    MSK “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun nümayəndələrinin təsdiq edilməsi məsələsinə baxıb

    Məsələlər səsə qoyularaq təsdiq edilib

    Bakı. 20 avqust. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Yeni Azərbaycan Partiyası tərəfindən yaradılan “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun nümayəndələrinin təsdiq edilməsi məsələsinə baxılıb.

    “Report”un xəbərinə görə, əvvəlcə “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvünün təsdiq edilməsi məsələsinə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən Milli Məclisin deputatı Aydın Mirzəzadə məşvərətçi səs hüquqlu komissiya üzvü kimi təyin edilib. Məsələ MSK tərəfindən səsə qoyulub və A.Mirzəzadə məşvərətçi səs hüquqlu komissiya üzvü kimi təsdiq edilib. Daha sonra “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsinə baxılıb. Hər iki məsələ səsə qoyularaq təsdiq edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi