​MSK və Avropa İttifaqı parlament seçkisinə hazırlıqla bağlı birgə treninq keçirib

​MSK və Avropa İttifaqı parlament seçkisinə hazırlıqla bağlı birgə treninq keçirib Tədbirdə namizədlərin irəli sürülməsi və qeydiyyat prosedurunun daha da gücləndirilməsi müzakirə olunub
Daxili siyasət
14 Avqust , 2015 12:15
​MSK və Avropa İttifaqı parlament seçkisinə hazırlıqla bağlı birgə treninq keçirib

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi parlament seçkisində namizədlərin irəli sürülməsi və qeydiyyat prosedurunun gücləndirilməsi ilə əlaqədar treninq keçirib.

“Report”un məlumatına görə, treninqdə MSK-nın sədri Məzahir Pənahov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard, Bakı və Naxçıvanı əhatə edən dairə seçki komissiyalarının rəhbərləri iştirak edib.

MSK sədri Məzahir Pənahov deyib ki, rəhbərlik etdiyi qurum seçki ilə bağlı maarifləndirmə tədbirlərinə böyük diqqət ayırır: “MSK seçkidə iştirakla bağlı maarifləndirmə proqramı hazırlayır. MSK, dairə və məntəqə seçki komissiyalarının 30 mindən artıq üzvü maarifləndirmə proqramında iştirak edəcək”.

M.Pənahov bildirib ki, bugünkü tədbir Bakı və Naxçıvanı əhatə edən dairə seçki komissiyalarının rəhbərlərinin iştirakı ilə keçirilir: “Bunun ardınca ölkənin 4 bölgəsində treninqlər davam etdiriləcək. Bu çox uğurlu bir treninq olacaq. Noyabrda keçiriləcək seçkilər dünyanın diqqət mərkəzindədir və biz də çalışırıq seçkilər çox yüksək səviyyədə keçirilsin”.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib ki, tədbirin keçirilməsi MSK-nın Aİ və ATƏT-lə uzun müddət davam edən əməkdaşlığının nəticəsidir: “MSK bu seminarı Avropa İttifaqı, Avropa Şurası və ATƏT tərəfindən namizədlərin qeydiyyatı barədə verilən tövsiyələri nəzərə alaraq keçirir. Tədbir qeyd olunan sahələr üzrə inkişafı gücləndirəcək”.

Aİ-nin Azərbaycanda və dünyada keçirilən seçkilərə böyük önəm verdiyini deyən M.Mard bildirib ki, təlim silsilə olaraq Azərbaycanın bölgələrində də davam edəcək.

Tədbir media nümayəndələrinə qapalı davam etdirilib. Qapalı hissədə namizədlərin qeydiyyatı üzrə qanunun tələbləri, namizədliyin irəli sürülməsi prosesi, siyasi partiyalar və siyasi partiyaların blokları, namizədliyin irəli sürülməsi prosesi, seçicilərin təşəbbüs qrupları və öz təşəbbüsü ilə irəli sürülmüş namizədlər, sənədlərin təqdim edilməsi, sənədlərə dair yekun qərarların qəbul olunması məsələləri müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi