​MSK sədri: “Təkrar parlament seçkiləri normal şəraitdə keçirilib”

​MSK sədri: “Təkrar parlament seçkiləri normal şəraitdə keçirilib” Avropa Şurası Parlament Assambleyasının nümayəndələri seçkilərin normal şəraitdə keçirildiyini bildiriblər
Daxili siyasət
19 İyun , 2016 01:55
​MSK sədri: “Təkrar parlament seçkiləri normal şəraitdə keçirilib”

Bakı. 19 iyun. REPORT.AZ/ “90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər şəffaf keçirilib”

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, seçkilərlə bağlı MSK-nın 115 “Qaynar xətt”inə 4 müraciət daxil olub: “Bu müraciətlərdə sorğu xarakterli olub”.
M.Pənahov qeyd edib ki, seçkiləri izləyən Avropa Şurası Parlament Assambleyasının nümayəndələri səsvermələri  izləyiblər: “Onlar seçkilərin normal şəraitdə keçirildiyini bildiriblər”.

Son xəbərlər

Orphus sistemi