Yuxarı

MSK sədri: “Referendumda beynəlxalq və yerli müşahidəçilər seçici fəallığını xüsusi qeyd ediblər”

“Ümumilikdə, seçki çox şəffaf keçib”

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi şəffaf keçib. Beynəlxalq və yerli müşahidəçilər seçici fəallığını xüsusi qeyd ediblər”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, Azərbaycan xalqı bu səsverməyə xüsusi diqqət yetirib: “Ümumilikdə, seçki çox şəffaf keçib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi