MSK sədri: "Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın"

MSK sədri: "Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın" Azərbaycanda bütün sahələrdə olduğu kimi, seçki sahəsinin də nə qədər inkişaf etdiyi göz qabağındadır.
Daxili siyasət
12 Noyabr , 2019 13:09
MSK sədri: Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov / Report / Elchin Murad

"Azərbaycanda bütün sahələrdə olduğu kimi, seçki sahəsinin də nə qədər inkişaf etdiyi göz qabağındadır".

"Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusuna həsr olunan seminar-müşavirədə deyib.

O bildirib ki, seçki hüquqları ilə bağlı işlərə məhkəmələrdə baxılması bütün sivil ölkələrdə var: "Biz bundan narahat olmamalıyıq. Azərbaycan Avropa ölkələri ailəsinin üzvüdür. Bu ailənin də ümumi tələbləri və qaydaları var. Bu qaydalar çox sivildir".

MSK sədrinin sözlərinə görə, Azərbaycan daxilində seçki prosesləri elə həyata keçirilməlidir ki, Azərbaycan vətəndaşının daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə çıxmaq hüququ pozulmasın: "Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın və bizim dövlətçilik ideyalarımıza kölgə salmasın. Ümumi mənzərədən baxılsa Azərbaycanda bu istiqamətdə görülən işlərin hər biri öz layiqli yerindədir. Qalan məsələlər isə siyasətdir. Buna görə də ilk növbədə insanlarla maarifləndirmə işləri aparılmalı, qərar verən zaman isə onlar ciddi şəkildə əsaslandırılmalıdır".

Son xəbərlər

Orphus sistemi