Yuxarı

MSK: Saat 15:00-a qədər 2 833 064 seçici səs verib

Seçicilərin 53,8 faizi səsvermədə iştirak edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün keçirilən ümumxalq səsverməsində (referendum) saat 15:00-a qədər 2 833 064 seçici iştirak edib.

“Report”un xəbərinə görə, bu barədə Mərkəz Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

O bildirib ki, səsverməyə start verilən andan - saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 267 min 111 seçicidən 2 833 064 nəfəri (53, 8%) səsvermədə iştirak edib.

F.Orucov bildirib ki, səsvermə zamanı qanun pozuntularının olması ilə bağlı MSK-nın 115 “Qaynar xətti”nə şikayət daxil olmayıb, yanlız seçki məntəqələrinin ünvanının öyrənilməsi üçün müraciətlər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi