MSK-da referendumu izləmək üçün 1 057 müşahidəçi qeydiyyatdan keçib

MSK-da referendumu izləmək üçün 1 057 müşahidəçi qeydiyyatdan keçib Sentyabrın 14-dən referendumla əlaqədar seçki bülletenlərinin DSK-lara paylanılmasına başlanacaq
Daxili siyasət
10 Sentyabr , 2016 14:36
MSK-da referendumu izləmək üçün 1 057 müşahidəçi qeydiyyatdan keçib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Sentyabrın 14-dən referendumla əlaqədar seçki bülletenlərin dairə seçki komissiyalarına paylanılmasına başlanacaq.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

Onun sözlərinə görə, referendumu müşahidə etmək üçün dairələrdə 46 569 müşahidəçi qeydə alınıb: "Dairələrdə müşahidəçilərin qeydiyyatı seçkilərə 5 gün qalana qədər davam edəcək".

MSK sədri qeyd edib ki, komissiyada referendumu izləmək üçün 1 057 müşahidəçi qeydiyyatdan keçib və onların 777-si QHT-lərdir: "Seçki günü müşahidəçilərin müraciətlərinə dərhal münasibət bildirilməlidir".

Son xəbərlər

Orphus sistemi