Yuxarı

MSK: 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılacaq

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. 

MSK Katibliyinin Media ve ictimai əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iclasda əvvəlcə Komissiyanın bu il sentyabrın 10-da keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə, işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameraların quraşdırılmasına qərar verilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi