Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Azərbaycan Prezidentini təbrik edib

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Azərbaycan Prezidentini təbrik edib Bakı. 13 aprel. REPORT.AZ/ Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Azərbaycan Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Daxili siyasət
13 Aprel , 2018 15:48
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Azərbaycan Prezidentini təbrik edib

Bakı. 13 aprel. REPORT.AZ/ Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Azərbaycan Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. 

"Report" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin bütün dostlarınız və tərəfdaşlarınız bu qələbəni gözləyirdilər. Azərbaycan vətəndaşları tərəqqi, rifah və sabitlik ümidlərini bu qələbə ilə bağlayırlar. Seçiciləriniz həm qəlbin, həm də sağlam düşüncənin səsini dinləyərək seçim etdilər.

Güclü, savadlı, müasir, öz qərarlarında inamlı olan rəhbər hər zaman soydaşlarının və beynəlxalq tərəfdaşlarının ehtiramını qazanır.

Hörmətli İlham Heydər oğlu, Siz həm sadə insanların, həm siyasi elitanın, həm də işgüzar dairələrin ötən çətin illərdə ölkəyə rəhbərlik etmək sahəsində qazandığınız nailiyyətləri layiqincə dəyərləndirməsinə müvəffəq oldunuz.

Dünya siyasətinin burulğanında siyasi mətinliyi qoruyub saxlamağın, qlobal qeyri-sabitlik şəraitində milli maraqlar kursunu davam etdirməyin nə qədər çətin, maliyyə sabitliyi və iqtisadi inkişaf üçün yeni vasitələr axtarıb tapmağın nə qədər vacib olduğunu Azərbaycan xalqı yaxşı dərk edir.

İnanıram ki, ölkənizin daha parlaq gələcəyi naminə konkret planlarınız tükənməzdir. Bu planları həyata keçirmək üçün maksimum səy göstərəcəyinizə əminəm.

Həm öz adımdan, həm də Sizin MDBMİ-dən olan yoldaşlarınız adından Sizə dost Azərbaycanın Prezidenti vəzifəsində cansağlığı, tükənməz enerji və davamlı uğurlar diləyirəm.

Ən xoş və səmimi arzularla,

Son xəbərlər

Orphus sistemi