Mingəçevirdə Dövlət Bayrağı günü münasibətilə yürüş keçirilib - FOTO

Mingəçevirdə Dövlət Bayrağı günü münasibətilə yürüş keçirilib - FOTO Mingəçevir. 9 noyabr. REPORT.AZ/ Mingəçevir şəhərində Dövlət Bayrağı günü qeyd olunub.
Daxili siyasət
9 Noyabr , 2018 15:45
Mingəçevirdə Dövlət Bayrağı günü münasibətilə yürüş keçirilib - FOTO

Mingəçevir. 9 noyabr. REPORT.AZ/ Mingəçevir şəhərində Dövlət Bayrağı günü qeyd olunub.

"Report"un Şirvan bürosu xəbər verir ki, bu münasibətlə şəhər ərazisində bayram yürüşü keçirilib. 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərlərinin, eləcə də çox sayda gəncin və ictimaiyyət fəallarının iştirakı ilə baş tutan aksiya Heydər Əliyev prospektindən başlamaqla Bayraq meydanınadək davam edib. 

Yürüş iştirakçıları əllərində eni 7, uzunluğu 14 metr olan möhtəşəm üçrəngli dövlət bayrağını daşıyıblar. 

Daha sonra aksiya Bayraq meydanında bədii hissə ilə davam etdirilib. Mingəçevir şəhərinin tanınmış incəsənət xadimləri və Uşaq Gənclər İnkişaf Mərkəzinin istedadlı yetirmələri rəngarəng bayram proqramı ilə çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi