Yuxarı

Milli Şuranın 15 mart mitinqinin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

Eldəniz Quliyev bu gün saat 17:00-da idarədə olacaqlarını bildirib

Bakı. 13 mart. REPORT.AZ/ Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqin təşkilatçıları Fuad Qəhrəmanlı və Eldəniz Quliyev Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə "Report"a E.Quliyev məlumat verib. O deyib ki, bu gün saat 17:00-da Bakı Şəhər Baş Polis İdarəsində olacaqlar. E.Quliyev dəvətin mitinqlə əlaqədar olduğunu qeyd edib.

Qeyd edək ki, Milli Şura martın 15-də saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirmək niyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mitinqin keçirilməsinə razılıq verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi