​Milli Şura mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

​Milli Şura mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib Mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsi nəzərdə tutulur
Daxili siyasət
3 Mart , 2015 16:59
​Milli Şura mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Bakı. 3 mart. REPORT.AZ/ Demokratik Qüvvələrin Milli Şurası ölkədəki son qiymət artımına etiraz olaraq martın 15-də saat 15:00-da mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

Bu barədə "Report"a Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev məlumat verib. 

Mitinqin Yasamal rayonundakı İdman Sağlamlıq Komleksinin stadionunda (keçmiş "Məhsul") keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi