Yuxarı

​Milli Şura mitinq keçirilməsinə yer ayrılması üçün BŞİH-ə müraciət edib

Gözəl Bayramlı: Hansısa siyasi partiyaya dəvət göndərilməyib

Bakı. 1 noyabr. REPORT.AZ/ Milli Şura Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsu" stadionu) mitinq keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) rəsmi qaydada müraciət edib.

Bu barədə "Report" Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı məlumat verib. O bildirib ki, Milli Şura mitinqi 10 noyabr tarixinə təyin edib: "Sonuncu mitinqdə səsləndirdiyimiz şüarlardan istifadə edəcəyik".

G.Bayramlı mitinqdə iştirak etmək üçün digər siyasi partiyalara dəvət göndərilmədiyini də əlavə edib.

Qeyd edək ki, Milli Şura sonuncu mitinqini oktyabrın 12-də keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi