Milli QHT Forumu Qubada regional forum keçirib

Milli QHT Forumu Qubada regional forum keçirib Azərbaycan Milli QHT Forumunun Quba rayonunda regional forumu keçirilib.
Daxili siyasət
26 Dekabr , 2023 13:00
Milli QHT Forumu Qubada regional forum keçirib

Azərbaycan Milli QHT Forumunun Quba rayonunda regional forum keçirib.

"Report"un Şimal bürosunun məlumatına görə, tədbirdə regionu əhatə edən qeyri-hökumət təşkilatının nümayəndələri iştirak ediblər.

Forumda çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, QHT təmsilçilərinin son illər əldə etdikləri uğurlar, icra etdikləri layihələr bir çox sahələrin inkişafına töhfə verəcək.

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov qeyd edib ki, son 20 ildə vətəndaş cəmiyyətinin bir çox proseslərdə fəal iştirakı göz qarşısındadır: "Ötən il Xankəndi-Laçın yolundakı uzunmüddətli aksiya da buna ən yaxşı nümunədir".

"Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abdüləlimova, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov da QHT-lərin regionlardakı fəaliyyətlərindən bəhs ediblər.

Xatırladaq ki, AMQF-nin regional forumları yanvarın 8-dək davam edəcək. Regional forumların dekabrın 27-də Şəkidə, dekabrın 29-da Gəncədə, 2024-cü il yanvar ayının 8-də Naxçıvanda davam etdirilməsi nəzərdə tutulur. Yanvarın 10-da isə Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.

Son xəbərlər

Orphus sistemi