Milli Məclisin sədri: “Zahid Oruc, 5 dəqiqə də artırıram, danış...”

Milli Məclisin sədri: “Zahid Oruc, 5 dəqiqə də artırıram, danış...” Deputat vaxt azlığından şikayətlənib
Daxili siyasət
149
8 Dekabr , 2016 13:15
Milli Məclisin sədri: “Zahid Oruc, 5 dəqiqə də artırıram, danış...”

Bakı. 8 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən iclasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc çıxışı zamanı vaxt azlığından şikayətlənib.

“Report”un xəbərinə görə, o bildirib ki, çıxış üçün vaxt 10 dəqiqə nəzərdə tutulub, amma sonradan 5 dəqiqəyə endirilib: “Ona görə də mən geniş danışa bilmirəm. Müəyyən tezislərim var ki, onlara toxuna bilməyəcəyəm”.

Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca belə cavab verib: “Sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış”.

Son xəbərlər

Orphus sistemi