Milli Məclisin Sədri İsrailə gedir

Milli Məclisin Sədri İsrailə gedir Milli Məclisin Sədri Oqtay Əsədov və qurumun Beynəlxalq və parlamentlərarası komitəsinin sədri Səməd Seyidov yanvar 22-23-də Yerusəlimdə keçirilən Auşvitzin azad olunmasının 75 illiyinə həsr olunmuş Dünya Holokost Forumu 2020 (World Holocaust Forum 2020) tədbirlərində iştirak edəcəklər.
Daxili siyasət
150
22 Yanvar , 2020 13:49
Milli Məclisin Sədri İsrailə gedir

Milli Məclisin Sədri Oqtay Əsədov və qurumun Beynəlxalq və parlamentlərarası komitəsinin sədri Səməd Seyidov yanvar 22-23-də Yerusəlimdə keçirilən Auşvitzin azad olunmasının 75 illiyinə həsr olunmuş "Dünya Holokost Forumu 2020" (World Holocaust Forum 2020) tədbirlərində iştirak edəcəklər.

"Report" xəbər verir ki, tədbirlərdə dünya liderlərinin iştirakı gözlənilir. İsrail Dövlətinin Prezidenti dünya liderlərinin unikal kampaniya vasitəsilə Holokost qurbanlarının anım gününü dəstəkləməyə dəvət edib. “Evanın hekayələri” (Eva Stories) milyonlarla gənclərə Holokost haqqında məlumat verəcək.

Yanvarın 22-də keçiriləcək tədbirlər Prezident iqamətgahında şam yeməyi, Yad Vaşemin mətbuat mərkəzində brifinq və yanvarın 23-də Yad Vaşemdə Dünya Xolokost Forumun əsas tədbirindən ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi