Milli Məclisin plenar iclasının gündəliyi məlum olub

Milli Məclisin plenar iclasının gündəliyi məlum olub “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq
Daxili siyasət
5 May , 2017 18:03
Milli Məclisin plenar iclasının gündəliyi məlum olub

Bakı. 5 may. REPORT.AZ/ Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

“Report”un xəbərinə görə, iclasda Şəhərsalma və Tikinti Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Pasportlar haqqında”, “Telekommunikasiya haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə olunacaq.

Bundan başqa, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” və “Bələdiyyə üzvlərinin etik davranış qaydası haqqında” qanun layihələri ikinci oxunuşda, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi isə ilk oxunuşda müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi