Yuxarı

Milli Məclisin plenar iclası başlayıb

İclasda komitələrin sədr müavinləri və üzvləri seçiləcək

Bakı. 1 dekabr. REPORT.AZ/ V çağırış Milli Məclisin plenar iclası başlayıb. "Report" xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələnin müzakirəsi daxil edilib.

İclasda ilk olaraq, Milli Məclisin İntizam və Hesablayıcı komissiyasının tərkibində dəyişikliklər edilməsi nəzərdə tutulub. Eyni zamanda, komitələrin sədr müavinləri və üzvləri seçiləcək.

Bundan başqa, Milli Məclis yanında Toponimiya komissiyasının tərkibi də bugünkü iclasda məlum olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi