Yuxarı
    Bağlamaq

    Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başlayıb

    İclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul olunacaq

    Bakı. 29 dekabr. REPORT.AZ/ Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başlayıb. "Report" xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 28 məsələnin müzakirəsi daxil edilib.

    İclasda ilk olaraq Hesablama Palatası sədrinin müavininin və auditorlarının təyin edilməsinə baxılacaq. Eyni zamanda, bir neçə qanuna dəyişikliklər edilməsini nəzərdə tutan layihələr müzakirəyə çıxarılacaq. 

    Bundan başqa, iclasda İnzibati Xətalar, Mülki və Əmək məcəllələrinə dəyişikliklər edilməsi məsələsinə baxılacaq, eləcə də "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi müzakirə olunacaq. 

    İclasın sonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciətin qəbul olunması nəzərdə tutulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi