Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb İclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib
Daxili siyasət
5 Fevral , 2016 11:02
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Milli Məclisin fevral ayının 12-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu "Report"un sorğusuna cavab olaraq bildirib ki, iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.

Onun sözlərinə görə, iclasda "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında" sənədə,  "Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyannaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsinə, eləcə də  "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" müqavilənin və onun proqramının təsdiq edilməsi barədə qanun layihəsinə baxılacaq.

Bundan başqa, iclasın gündəliyinə "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliklər edilməsi və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna  əlavə edilən "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə" qanun layihəsinə baxılması da daxil edilib. "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Deputatlar eyni zamanda, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" yeni qanun layihəsini birinci oxunuşda müzakirə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi