Yuxarı

Milli Məclisin növbəti iclası başlayıb

Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 27 məsələ daxil edilib

Bakı. 17 may. REPORT.AZ/ Milli Məclisin növbəti iclası başlayıb.

"Report" xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 27 məsələ daxil edilib.

İclasda ilk olaraq Milli Məclisinin komitələrinin tərkibində dəyişikliklər edilməsinə baxılacaq.

Daha sonra bir neçə ölkələr arasında imzalanan sazişlərin təsdiqi, eləcə də "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Hesablama Palatası haqqında", "Dövlət rüsumu haqqında" qanun layihələrinə, həmçinin "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"də, "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi məsələsi müzakirə ediləcək.

Eyni zamanda, Cəzaların İcrası, Miqrasiya, Meşə, Əmək, Cinayət, İnzibati Xətalar, Vergi məcəllələrində də dəyişiklik edilməsi nəzərdə tutulub. 

Bundan başqa, "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "İcra məmurları haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında", "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişikliklər edilməsinə də baxılacaq. 

İclasın sonunda uzun zamandır müzakirəsi dayandırılan "Elm haqqında" qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi