Bakı. 24 iyun. REPORT.AZ/ Milli Məclisin növbədənkənar sesiyasının sonuncu plenar iclası başlayıb. “Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçən iclasın gündəliyinə 9 məsələnin müzakirəsi təklif olunub.
İclasda 3 məsələnin müzakirəsi gündəlikdən çıxarılıb.
Plenar iclasda Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişikliklər ediləcək.