Milli Məclisin deputatı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafatına layiq görülüb

Milli Məclisin deputatı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafatına layiq görülüb "Hər kəs dövlətçilik üçün çalışmalıdır"
Daxili siyasət
17 Noyabr , 2016 19:15
Milli Məclisin deputatı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafatına layiq görülüb

Bakı. 17 noyabr. REPORT.AZ/ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Adil Əliyev mərkəzi Ankarada yerləşən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktor diplomu və "Altun yıldız" medalı ilə mükafatlandırılıb.

"Report"un xəbərinə görə, mükafatlandırma mərasimində deputatlar, idman ictimaiyyəti, kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

A.Əliyev bu mükafata layiq görüldüyünə görə əməyi keçən hər kəsə təşəkkür edib: "Hər kəs dövlətçilik üçün çalışmalıdır".

Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Elçin İsgəndərzadə də mövzu ətrafında çıxış edib.

Sonda diplom və medal A.Əliyevə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi