Milli Məclisə seçkilərdə "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı üçə çatıb

Milli Məclisə seçkilərdə "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı üçə çatıb Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə “exit poll” keçirmək niyyətində olan qurumların müraciətlərinə baxılıb.
Daxili siyasət
16 Avqust , 2024 16:09
Milli Məclisə seçkilərdə exit-poll keçirmək üçün qeydə alınan təşkilatların sayı üçə çatıb

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə “exit poll” keçirmək niyyətində olan qurumların müraciətlərinə baxılıb.

"Report" xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, Sosialoji Tədqiqatlar Mərkəzi seçkilərdə “exit poll” keçirmək üçün MSK-ya müraciət edib:

“Təşkilat 75 seçki dairəsinin 750 seçki məntəqəsində exit poll” keçirmək üçün müraciət edib. Onların müraciətində və sənədlərində heç bir uyğunsuzluq, hüquq pozuntusu aşkarlanmayıb və hər iki quruma “exit poll” üçün şərait yaradılması qanunauyğun hesab edilib”.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, bundan öncə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) təşkilatı ilə, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə seçkilərdə “exit poll” keçirmək üçün MSK-ya müraciət edib. Onların müraciətinə baxılaraq müsbət cavab verilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlər səsvermə gününə ən azı 20 gün qalanadək qəbul edilir.

“Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda bu müddət 2024-cü il avqustun 12-dək nəzərdə tutulmuşdu.

Son xəbərlər

Orphus sistemi