Yuxarı

Milli Məclisdə yeni qanun layihəsi müzakirəyə çıxarılıb

İctimai nəzarət haqqında qanunun tələblərini pozanlar inzibati məsuliyyət daşıyacaqlar

Bakı. 15 fevral. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "İctimai nəzarət haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb. 

"Report" xəbər verir ki, layihənin məqsədi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin vəzifə və funksiyalarının, həmçinin qanunvericilik aktlarının səmərəli şəkildə icra edilməsi, vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin olunmasında ictimai nəzarətin həyata keçirilməsi sahəsində münasibətləri tənzimləməkdir.

İctimai nəzarətin əsas mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza, və müraciətlərin araşdırılması daxildir. Qanun ictimai nəzarətin digər formalarda həyata keçirilməsini məhdudlaşdırmır.

Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət daşıyacaqlar.

Əgər qanun Milli Məclis tərəfindən qəbul olunarsa və təsdiqlənərsə iyunun 1-dən qüvvəyə minəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi