Bakı. 29 sentyabr.
“Report”un xəbərinə görə, tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev qanun layihəsini yüksək qiymətləndirib. O deyib ki, qanunvericiliyin təkmilləşdirilməsi vacibdir.
Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev bildirib ki, azadlıqdan məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinə əlavə edilib: “Əvvəllər bu cəza var idi, amma sonradan çıxarılıb. Yeni cəza növünün isə mahiyyəti də dəyişdirilib”.
O qeyd edib ki, layihəyə əsasən, 34 cinayət üzrə cəza müddəti aşağı salınacaq.