Milli Məclisdə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin müzakirəsi başlayıb

Milli Məclisdə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin müzakirəsi başlayıb Üç gün ardıcıl keçiriləcək müzakirələr dekabrın 8-də başa çatacaq
Daxili siyasət
6 Dekabr , 2016 12:01
Milli Məclisdə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin müzakirəsi başlayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə olunur. 

Bunlar "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasıdır.

Üç gün ardıcıl keçiriləcək müzakirələr dekabrın 8-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi