Məzahir Pənahov: "Onların əsas məqsədi sosial şəbəkələrdə məşhurlaşmaqdır"

Daxili siyasət
  • 27 yanvar, 2020
  • 13:12
Məzahir Pənahov: Onların əsas məqsədi sosial şəbəkələrdə məşhurlaşmaqdır

"Yerlərdə deputatlığa namizədlər seçicilərlə görüşəndə digər namizədin adamı, bəzi qruplar həmin namizədə xeyli iradlar tutub sosial şəbəkələrdə paylaşırlar. Bu, düzgün deyil".

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

“Onların əsas məqsədi sosial şəbəkələrdə məşhurlaşmaqdır. Əgər bu məsələ ilə bağlı MSK-ya müraciətlər daxil olsa, əlbəttə ki, buna baxacağıq”, - MSK sədri əlavə edib.