Yuxarı
    Bağlamaq

    Məzahir Pənahov Mərkəzi Bankın sədrinə müraciət edəcək

    MSK sədri: Deputatlığa namizəd olacaq şəxslər üçün hesablar Beynəlxalq Bankın filiallarında açılmalıdır

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlığa namizədlər tərəfindən xüsusi seçki hesablarının açılması üçün Mərkəzi Bankın sədri Elman Rüstəmova müraciət edəcək.

    “Report” xəbər verir ki, bunu MSK-nın bugünkü iclasında Komissiyanın sədri Məzahir Pənahov deyib.

    O bildirib ki, seçkidə namizəd olacaq şəxslər üçün hesablar Beynəlxalq Bankın filiallarında açılmalıdır: “Əgər regionda Beynəlxalq Bankın filalı olmazsa, bu zaman "Kapital Bank"ın filialında açılmalıdır. "Kapital Bank"ın sisteminin Beynəlxalq Banka uyğunlaşdırılması üçün Mərkəzi Bankın sədrinə müraciət olunacaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi