Yuxarı

Məzahir Pənahov: “İctimai-siyasi sabitliyi pozmağa cəhd edənlərə əsas vermirik”

“Azərbaycanda seçkilər tam şəffaf və ədalətli keçirilir”

Bakı. 29 iyun. REPORT.AZ/ “Seçkilər zamanı çalışırıq ki, Seçki Məcəlləsinə, qanunvericiliyə əməl edilsin. Biz bunu etməklə seçkidən istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərənlərə əsas vermirik”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iclasında deyib.

O bildirib ki, kimlərəsə seçkidən öz maraqları üçün istifadə etməyə yol verilməməlidir: “Azərbaycanda seçkilər tam şəffaf və ədalətli keçirilir. Ümumiyyətlə, seçkilər zamanı həmrəylik nümayiş olunmalıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi