Məzahir Pənahov: “Əsas məsələ dairə sərhədlərinin müəyyən edilməsidir”

Məzahir Pənahov: “Əsas məsələ dairə sərhədlərinin müəyyən edilməsidir” “Bizm üçün əsas məsələ dairə sərhədlərinin müəyyən edilməsi ilə bağldır. Bu, həm də ciddi bir məsələdir”.
Daxili siyasət
26 İyul , 2022 16:39
Məzahir Pənahov: “Əsas məsələ dairə sərhədlərinin müəyyən edilməsidir”

“Bizm üçün əsas məsələ dairə sərhədlərinin müəyyən edilməsi ilə bağldır. Bu, həm də ciddi bir məsələdir”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

MSK sədrinin sözlərinə görə, burada müəyyən maraqların toqquşması, yeni məntəqələrin yaradılması ilə bağlı problemlər ola bilər: “Çünki yeni yaradılan hansısa məntəqəyə görə əhalini həmin seçki məntəqəsində səs verməyə məcbur etmək olmaz. Ona görə hansı yerlərdə problem olma ehtimalı varsa, dairə sərhədlərinin müəyyən edilməsinə oradan başlamaq lazımdır”.

“Elə etmək lazmdır ki, dairələrin sərhədlərinə toxunulmasın. Biz çalışırdıq ki, 3 adlı dairələr olmasın. Bütün ölkə üzrə sərhədlərin toxunulmazlığını nəzərə alaraq, maksimum çalışmaq lazımdır ki, 2 addan o tərəfə keçməyək. Yaşayış məntəqələri arasında konflikt yaradılmamasına diqqət edilməlidir. Maksimum elə etmək lazımdır ki, seçki dairələrinin sərhədləri ilə bağlı problem yaranmasın”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi