Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının yeni tərkibdə iclası keçirilib

Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının yeni tərkibdə iclası keçirilib Azərbaycan Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
Daxili siyasət
24 Oktyabr , 2022 11:19
Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının yeni tərkibdə iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

Bu barədə "Report"a Mətbuat Şurasından məlumat verilib.

Toplantını açan Komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərli gündəlikdəki məsələlər barədə məlumat verib.

Əvvəlcə Komissiyanın Əsasnaməsi müzakirə edilib. Sənəd əlavə və düzəlişlər nəzərə alınmaqla qəbul edilib. Daha sonra Komissiyanın qarşıdakı bir il üçün Fəaliyyət Planının layihəsi ətrafında fikir mübadiləsi aparılıb, müəyyən fəaliyyət təklifləri daxil edilməklə məqbul qiymətləndirilib.

Komissiya üzvləri qərara alıblar ki, qurum söz və ifadə azadlığının inkişafı sahəsində iş aparan bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri qursun, bunun üçün MŞ adından müvafiq müraciətlər ünvanlansın. Həmçinin media ilə bağlı beynəlxalq tendensiyaların izlənilməsi, uyğun reaksiyaların verilməsi də Komissiyanın vəzifələrindən biri kimi təsbit edilib.

Qeyd edək ki, MŞ-nin Beynəlxalq Əlaqələr Komissiyasında Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli (Komissiyanın sədri), Yeganə Hacıyeva, Fərid Pərdəşünas, Umud Mirzəyev, Azər Həsrət, Aqil Ələsgər və Yadigar Məmmədli təmsil olunurlar.

Son xəbərlər

Orphus sistemi