“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Naxçıvan MR və işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkə üzrə 70 seçki dairəsində 530-dan çox müşahidəçi ilə səsverməni müşahidə edir.
122 saylı Xankəndi seçki dairəsinin 14 saylı seçki məntəqəsində prosesi izləyən “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının müşahidəçisi Samirə Nağıyeva bildirib ki, seçki prosesi tam sakit, axarında davam edir, hər hansı müdaxilə halı aşkarlanmayıb, seçicilər fəal şəkildə məntəqəyə gəlir: “Müşahidəçilərə də hər hansı maneə yoxdur, digər QHT-lərdən olan həmkarlarım da buradadır, prosesi izləmək üçün hər cür şərait yaradılıb, seçki məntəqəsində gizli səsvermə təmin edilir, proses seçki qanunvericiliyinin tələblərinə uyğun təşkil edilib. Qeydlərimizi götürürük, mərkəzə - “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının Bakıdakı qərargahına ötürürük”.
Laçında 121 saylı Laçın seçki dairəsinin 105 saylı məntəqəsində müşahidə aparan “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının təmsilçisi Qəfər Cabbarov da qeyd edib ki, seçki məntəqəsində fəallıq var: “Hələ ki, hər hansı problem qeydə almamışıq. Qruplarımız ölkə üzrə səpələnib. Xocalıda, Zəngilanda, Füzulidə və azad edilmiş digər ərazilərdə də Koalisiyamız müşahidə aparır”.
Qeyd edək ki, bu il parlament seçkilərində müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib ki, bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edir. QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.
Bu il QHT-lər Milli Məclisə seçkiləri monitorinq etmək üçün 2 seçki koalisiyası təsis edib. Onlardan biri
Digər Koalisiya isə “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasıdır. Bu Koalisiyanı “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli təsis edib.
Seçki günü məntəqələrdə müşahidə aparan QHT təmsilçilərindən 20%-i bu 2 seçki koalisiyasının nümayəndələridir.