Memorial.az saytı və “Yaddaş kitabı”nın təqdimatı keçirilib

Memorial.az saytı və “Yaddaş kitabı”nın təqdimatı keçirilib Bu gün Bakıda Vətən müharibəsinin ildönümünə həsr edilən Memorial.az saytının və “Yaddaş kitabı”nın təqdimat mərasimi keçirilib.
Daxili siyasət
28 Sentyabr , 2021 10:47
Memorial.az saytı və “Yaddaş kitabı”nın təqdimatı keçirilib

Bu gün Bakıda Vətən müharibəsinin ildönümünə həsr edilən Memorial.az saytının və “Yaddaş kitabı”nın təqdimat mərasimi keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Memorial.az saytının baş redaktoru Vüsal Məmmədov, Müdafiə Nazirliyinin nümayəndələri, tanınmış media nümayənləri, şəhid ailələrinin üzvləri və s rəsmi şəxslər iştirak ediblər.

S.Yusifova qeyd edib ki, şəhidlər mövzusu Azərbaycan xalqı üçün həmişə həssas və müqəddəsdir. O deyib ki, Vətən müharibəsi gedişində və müharibədən sonra müxtəlif informasiya resurslarında, media orqanlarında şəhidlər haqqında müxtəlif məlumatlar paylaşılır: “Bu məlumatlar cəmiyyətdə böyük maraqla qarşılansa da, informasiyanın yayılması pərakəndə və sistemsiz xarakter daşıyır. Memorial.az saytının yaradılmasında da əsas məqsədlərdən biri bu pərakəndəliyi aradan qaldıraraq, tarixi yaddaşın formalaşdırılmasına sistemli yanaşmanı tətbiq etmək, hər bir qəhrəmanımız haqqında müfəssəl məlumatları vahid elektron resursda cəmləşdirmək, onları Azərbaycan xalqına daha yaxşı tanıtmaqdır”.

Saytın baş redaktoru Vüsal Məmmədov saytla bağlı tədbir iştirakçılarına geniş məlumat verib. O bildirib ki, şəhidlərlə bağlı məlumatlarda pərakəndəlik var idi: “Onlarla bağlı məlumatlar daha da dəqiqləşdiriləcək və sistemləşdiriləcək”.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc isə vurğulayıb ki, Vətən müharibəsinin bir ili qarşısında Memorial.az-yaddaş kitabının yaradılması şəhidlərimizin müqəddəs əməllərini tarixiləşdirmək və gələcək nəsillərə ötürmək baxımından mühüm hadisədir: “2907 şəhidin və itkin düşən 7 nəfərin sırasında polkovnikdən mükəlləfiyyətli əsgərə qədər xalqımızın seçilmiş övladlarıdır.Adları, təvəllüdləri, ulduzları fərqlidir, lakin hamısı bir bayrağın ulduzuna çevrilib Vətən üçün eyni mərtəbəyə yüksəliblər.Dünən Bakının baş meydanında prezident İlham Əliyev və hörmətli Mehriban xanımın başı üzərində qaldırdığı şəhidlər göyün üstündə olduqlarını sübut etdilər”.

Tədbir daha sonra çıxışlarla davam edib.

Son xəbərlər

Orphus sistemi