Mehriban Əliyeva Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı həlak olan mühafizəçinin ailəsinə başsağlığı verib

Mehriban Əliyeva Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı həlak olan mühafizəçinin ailəsinə başsağlığı verib Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Tehranda səfirlik əməkdaşının ölümü ilə bağlı başsağlığı verib.
Daxili siyasət
27 Yanvar , 2023 14:27
Mehriban Əliyeva Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı həlak olan mühafizəçinin ailəsinə başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı paylaşım edib.

"Report" paylaşımı təqdim edir:

“Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!”.

Son xəbərlər

Orphus sistemi