Yuxarı

​Məhkəmə Razi Nurullayevin AXCP ilə bağlı iddiasına baxıb

Sədr müavini iş üzrə Ali Məhkəməyə müraciət ediləcəyini deyib

Bakı. 31 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Razi Nurullayevin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə bağlı iddiası üzrə məhkəmə başa çatıb.

Bu barədə "Report"a R.Nurullayevin müavini Mehman Muradlı məlumat verib.

O bildirib ki, hakim Nurəddin Mustafayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Nurullayevin müraciəti təmin edilməyib.

O, iş üzrə Ali Məhkəməyə müraciət ediləcəyini deyib.

Xatırladaq ki, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də etimad qurultayı keçirilib, gizli səsvermə ilə R.Nurullayev sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib. R.Nurullayev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib, məhkəmə onun iddiasını icraata götürməyib.

Nazirlik eyni qərarı Əli Kərimli ilə də bağlı verib. Ədliyyə Nazirliyi sentyabrın 27-də keçirilən qurultayın nəticələrini tanımayıb. Ə.Kərimli də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi