Mədəniyyət nazirinin müavini işdən çıxarıldı - SƏRƏNCAM

Mədəniyyət nazirinin müavini işdən çıxarıldı - SƏRƏNCAM Prezident İlham Əliyev Rafiq Bayramovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Daxili siyasət
9 May , 2020 15:17
Mədəniyyət nazirinin müavini işdən çıxarıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Rafiq Bayramovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Rafiq Yasin oğlu Bayramov Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, R.Bayramov 10 noyabr 1972-ci ildə anadan olub. O, 2018-ci ilin iyun ayından Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini vəzifəsində çalışırdı.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mayın 8-də əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi