Mak’TAB beynəlxalq müsabiqənin qalibi olub

Mak’TAB beynəlxalq müsabiqənin qalibi olub “İçərişəhər” Dövlət Tarix-Memarlığı Qoruğu İdarəsinin təşəbbüsü ilə yaradılan Tarixi Abidələrin Bərpası Məktəbi (Mak’TAB) UNESCO-nun himayəsi altında fəaliyyət göstərən Asiya və Sakit Okean Regionu üçün Ümumdünya İrs Təlim və Tədqiqat İnstitutunun təsis e
Daxili siyasət
29 İyul , 2024 15:39
Mak’TAB beynəlxalq müsabiqənin qalibi olub

“İçərişəhər” Dövlət Tarix-Memarlığı Qoruğu İdarəsinin təşəbbüsü ilə yaradılan Tarixi Abidələrin Bərpası Məktəbi (Mak’TAB) UNESCO-nun himayəsi altında fəaliyyət göstərən Asiya və Sakit Okean Regionu üçün Ümumdünya İrs Təlim və Tədqiqat İnstitutunun təsis etdiyi beynəlxalq müsabiqənin qalibi olub.

“Report” xəbər verir ki, “Ümumdünya İrs Təhsilində İnnovativ Nümunələr üçün Qlobal Mükafatlar” müsabiqəsinin “Star of Discovery” kateqoriyası üzrə mükafata layiq görülən Mak’TAB dünya üzrə 100-dən çox iştirakçı arasından seçilib.

Mükafatın təqdimetmə mərasimi Hindistanda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində təşkil olunan tədbirdə baş tutub.

Bununla yanaşı, eyni tədbirdə Tarixi Abidələrin Bərpası Məktəbi ilə bağlı təqdimat keçirilərək, Mak’TAB qonaqlara “Nümunəvi keys” qismində göstərilib.

Qeyd edək ki, Mak’TAB “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi və Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən həyata keçirilən birgə işlərə dəstək göstərmək məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi