Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunub - FOTO

Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunub - FOTO Tədbirin bədii hissəsi respublikanın və bölgənin tanınmış müğənnilərinin ifaları ilə davam edib
Daxili siyasət
30 Dekabr , 2015 15:10
Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunub - FOTO

Bakı. 30 dekabr. REPORT.AZ/ Lənkəranda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik keçirilib. 

"Report"un məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov mərasim iştirakçılarını təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tarixdə ilk dəfə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub və həmin gün Azərbaycan xalqının milli birlik günü kimi tarixə düşüb: "Eyni zamanda, Heydər Əliyevin dərin düşüncəsi ilə xaricdə diaspor hərəkatı formalaşdırılıb, bu hərəkatın təşkilatlanmasına və möhkəmlənməsinə davamlı dövlət qayğısı göstərilib. Bunun üçün dünya azərbaycanlılarının Bakı şəhərində qurultayları keçirilib, dünyadakı azərbaycanlılarla bağlı təşkilatların bir amal uğrunda birləşməsi, vətən naminə çalışmaları istiqamətində əməli işlər görülüb". 

T.Qaraşov əlavə edib ki, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə görülən həyati əhəmiyyətli işlər nəticəsində Azərbaycan xalqı üçün ildən-ilə uğurlu keçir: "Yola saldığımız 2015-ci il də əvvəlki illər kimi çox uğurlu olub. Bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb. Əlbəttə ki, 2015-ci ildə lənkəranlılar üçün ən əlamətdar hadisə Prezident İlham Əliyevin Lənkərana növbəti səfəri olub. Prezident İlham Əliyev Lənkərana səfəri zamanı əsaslı təmir olunan şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Xan Sarayının, Liman-Nərimanabad- Balıqçılar magistral avtomobil yolunun və 120 yerlik Lənkəran Şəhər Körpələr Evinin açılışlarında iştirak edib", - deyə icra başçısı bildirib.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənənlərin bir qrupuna Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.

Tədbirin bədii hissəsi respublikanın və bölgənin tanınmış müğənnilərinin ifaları ilə davam edib.

Son xəbərlər

Orphus sistemi