Yuxarı

Lənkəranda faşizm üzərində qələbənin 70 illiyi qeyd edilib

Veteranlar çıxış edərək onlara göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər

Bakı. 9 May. REPORT.AZ/ Lənkəranda faşizm üzərində tarixi qələbənin 70 illiyi qeyd edilib. "Report" xəbər verir ki, bayram tədbiri Lənkəran şəhərinin "Veteranlar Klubu"nda keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov veteranları icra başçısı Taleh Qaraşovun adından təbrik edib, onlara möhkəm cansağlığı və uzun ömür arzulayıb.

İcra rəsmisi çıxışında müharibə veteranlarına Ulu Öndər Heydər Əliyevin göstərdiyi diqqət və qayğıdan, hazırda bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirməsindən, rayonda müharibənin odundan-alovundan keçən veteranlara və onların ailə üzvlərinə göstərilən qayğıdan ətraflı danışıb.

Veteranlar çıxış edərək onlara göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış Lənkəran şəhər şöbəsi bir qrup müharibə veteranına "Qələbə" medalı və vəsiqəsi təqdim edib.

Tədbir konsert proqramı ilə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi