Lənkəran icra başçısının birinci müavini dünyasını dəyişib

Daxili siyasət
  • 20 may, 2017
  • 13:36
Lənkəran icra başçısının birinci müavini dünyasını dəyişib

Lənkəran. 20 may. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İlqar Dadaşov vəfat edib.

“Report”un Cənub bürosunun verdiyi məlumata görə, 1956-cı təvəllüdlü İ.Dadaşov Lənkərandan Bakıya gedərkən yolda ürəktutmadan ölüb. 

Qeyd edək ki, mərhum 2005-ci ildən bu vəzifədə çalışırdı.